
Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də “IBM”
şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima
Alatel ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanın rəqəmsal transformasiyası,
suveren “bulud”, data və kvantum platformalarının yaradılması,
həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika
layihələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda innovasiya mərkəzləri və kadr hazırlığı proqramları
vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya
modelləri barədə fikir mübadiləsi aparılıb.

