
Bakı. Trend:
Bakıda baş verən hadisə ilə əlaqədar məsələ Qida Təhlükəsizliyi
Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumat
verilib.
Bildirilir ki, müvafiq qurumlarla birgə araşdırmalara
başlanılıb.
Nəticəsi barədə məlumat veriləcək.
xxx
13:46
11.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14
saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən
Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına
Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq
Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli)
hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş
infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin
edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və
ambulator müalicə evə buraxılıb.
13:46
xxx
14 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatda
qeyd olunur ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən
özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və
ürəkbulanma əlamətləri müşahidə edilib.
Bu barədə Trend-ə 14 nömrəli tam orta ümumtəhsil məktəbindən
məlumat verilib.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi
yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə
çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və
şagirdlərin valideynlərinə məlumat verib.
İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə
gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif
yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar
özlərini narahat hiss etməyə başlayıblar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq
araşdırmalara başlanılıb.
Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi
prosedurlara cəlb olunublar. Vəziyyətlərinin qənaətbəxş olduğu
bildirilir.

