Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti
arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri,
fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli
günü münasibətilə həmin ölkənin Bakıdakı Səfirliyi tərəfindən
təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, qəbulda çıxış edən nazir Kəmaləddin Heydərov
Milli gün münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin adından təbrik edib, Qətər Dövlətinə
əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.




Azərbaycan və Qətər arasında otuz ildən artıq müddətdə
formalaşmış diplomatik münasibətlərin dostluq və qarşılıqlı hörmətə
əsaslandığını vurğulayan nazir iki ölkə liderlərinin müdrik,
ardıcıl və uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında
çoxşaxəli əlaqələrin daim genişləndiyini xatırladıb.

Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti
Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın
fəaliyyəti qeyd olunub. Cari ilin noyabr ayında keçirilmiş
Komissiyanın dördüncü iclasının iki ölkə arasında iqtisadi
əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu
deyən nazir iclas çərçivəsində təşkil olunmuş Azərbaycan-Qətər
Birgə Biznes Şurasının ilk iclası barədə danışıb.

K.Heydərov, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi ilə Qətər Dövlətinin müvafiq qurumları arasında fövqəladə
halların idarə edilməsi sahəsində əməkdaşlıq münasibətlərindən
danışıb, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin
qarşılıqlı faydasını qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir