
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 29,528 milyard manatlıq ərzaq məhsulları
satılıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 1,1% çoxdur.
Ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi
çəkisi 50,4% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq, o
cümlədən 31,937 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 26,634 milyard manatlıq qeyri-ərzaq malları
satılıb.
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq
məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq
malları üzrə 6,7 faiz artıb.

