Azərbaycanda 11 ayda əhaliyə 2,4 milyard manatlıq içki və tütün məmulatları satılıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 2,409 milyard manatlıq içkilər və tütün
məmulatları satılıb.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 2,5% çoxdur.




Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi
çəkisi 4,1% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq, o
cümlədən 31,937 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 26,634 milyard manatlıq qeyri-ərzaq malları
satılıb.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq
məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq
malları üzrə 6,7 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir