Böyük Britaniya şirkəti Azərbaycanda su təsərrüfatı obyektlərində enerji səmərəliliyinin artırılmasında iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə “SOCAR Green” şirkəti
və Böyük Britaniyanın “Rapid Solutions” şirkəti Azərbaycan Dövlət
Su Ehtiyyatları Agentliyinin (ADSEA) obyektlərində enerji
səmərəliliyinin artırılması məqsədilə müqavilə imzalayıblar.

Trend “SOCAR
Green”ə istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın
Azərbaycana və Mərkəzi Asiyaya Ticarət Nümayəndəsinin səfəri
çərçivəsində keçirilən Yaşıl Enerji Tədbiri zamanı baş tutub.




Bildirilib ki, müqavilə “SOCAR Green”in Baş Direktoru Elmir
Musayev və “Rapid Solutions”in direktoru Hovard Lyn tərəfindən
imzalanıb.

“Əməkdaşlıq texniki analizləri, enerji qiymətləndirmələrini və
səmərəlilik tədbirlərinin tətbiqini əhatə edəcək və bu, “SOCAR
Green”in davamlılıq və əməliyyat mükəmməlliyinə verdiyi önəmi əks
etdirir”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir