Özbəkistan nümayəndə heyətinə Azərbaycan Ordusunun kibertəhlükəsizlik imkanları təqdim edilib

Baş səhifə

Bakı.Trend:

Özbəkistan Respublikasının hərbi nümayəndə heyətinin ölkəmizə
rəsmi səfəri davam edir.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.




Bildirilib ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev
Özbəkistan nümayəndə heyəti ilə birgə Kibertəhlükəsizlik Mərkəzində
olub. Burada Azərbaycan Ordusunun arsenalında olan müasir silah
sistemi və informasiya texnologiyaları vasitələrinin
kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində yerinə
yetirilən fəaliyyətlər, həmçinin kibertəhdidlərə qarşı süni
intellekt əsaslı kibermüdafiə vasitələri haqqında geniş məlumat
verilib.

Daha sonra Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzi
ziyarət olunub. Nümayəndələrə müasir standartlara uyğun idarəetmə
sistemləri ilə təchiz olunmuş mərkəzin strukturu, iş prinsipi və
fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib, onları
maraqlandıran suallar cavablandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir