Əmlakın özəlləşdirilməsi və icarəsindən büdcəyə 169 milyon manata yaxın vəsait daxil olub

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmə
və icarədən dövlət büdcəsinə 168,7 milyon manat vəsaitin ödənilməsi
təmin edilib.

Bu barədə Trend dövlət
xidmətinə istinadən xəbər verir.

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin
yanvar-noyabr ayları ərzində 50 hərrac keçirilib. Hərraclarda 7
səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1
yarımçıq tikili sahəsi, 999 nəqliyyat vasitəsi özəlləşdirilib.




Cari ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət
büdcəsinə daxilolmalar 127,1 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-noyabr
ayları ərzində 604-ü qeyri-yaşayış, 3.952-si torpaq sahələri üzrə
olmaqla 4.556 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü
ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq
sahələrinin) icarəsindən dövlət büdcəsinə 41,6 milyon manat
vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlət
əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə
168,7 milyon manat vəsait daxil olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir