
Bakı. Trend:
ABŞ-nin şimal-qərbində yerləşən Vaşinqton ştatının bir
hissəsinin əhalisə leysan yağışların yaratdığı güclü daşqınlar
səbəbindən təxliyə olunmaq əmr olunub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Bob
Ferqyuson bəyan edib.
“Skagit dairəsində yüz ildən bir baş verən daşqın zonasına düşən
bütün sakinlər üçün təxliyə əmri verilib”, – o, “X” sosial
şəbəkəsində yazıb.
Qubernator neçə nəfərin dərhal evlərini tərk etməli olduğunu
dəqiqləşdirməyib. Açıq mənbələrə görə, Skagit dairəsində 130 mindən
çox insan yaşayır.
Ümumilikdə, leysan yağışlar səbəbindən Aydaho, Vaşinqton və
Oreqon kimi şimal-qərb ştatlarında 9 milyondan çox sakin daşqın
riski ilə üzləşə bilər.
Bazar ertəsindən etibarən bəzi yerlərdə artıq 200 mm-ə qədər
yağıntı düşüb, yaxın günlərdə daha bir o qədər yağıntı gözlənilir.
Məsələn, Vaşinqton ştatında dekabr ayı üçün orta yağıntı norması
146 mm, Oreqonda isə 179 mm təşkil edir.

