
Bakı.Trend:
Dekabr ayının 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil
nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin
Azərbaycan Respublikasına mənsub ərazi sularında 3 nəfər heyət üzvü
olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə
qaldığı barədə məlumat daxil olub.
Trend xəbər
verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, təxirəsalınmaz tədbirlər görülərək dövlət
sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş
koordinatlar üzrə dərhal hərəkətə keçmişdir.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın
11-də saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan
Respublikası vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci il
təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü
Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan
Rafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə
sahilə çıxarılmışdır.

