
Bakı.Trend:
Masallı rayonunda 530 abonentinin qaz təchizatında fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.
Bildirilib ki, Masallı rayonunun Qəriblər kəndində istismara
yararsız vəziyyətə düşmüş siyirtmənin təmiri ilə əlaqədar olaraq,
Qəriblər kəndinin 530 abonentinin qaz təchizatı 12 dekabr 2025-ci
il tarixində saat 10:00-dan işlər yekunlaşana qədər
dayandırılacaqdır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş
edirik.

