
Bakı. Trend:
2025-cü il dekabrın
12-dən 2026-cü il yanvarın
11-dək Moskva şəhərində “Milad
bayramına səyahət” adlı ənənəvi festival
keçiriləcək. Bu günlərdə Rusiya
paytaxtı yenidən ənənələrin, sevimli nağılların və bayram
sürprizlərinin canlandığı böyük qış səhnəsinə çevriləcək.
“Moskvada qış”
layihəsinin bir hissəsi olacaq festival bir
ay ərzində Moskvanı qışın əsas
bayramının sehrli atmosferinə qərq
edəcək. Hazırlanan un məmulatlarının
ətri, küçələri bəzəyəcək işıqların
parıltısı paytaxtın hər rayonunu müxtəlif
ölkələrdən gələn qonaqlar üçün özəl bayram
hekayəsinə çevirəcək.
Manej meydanı bu il hər kəsi “Yeni il ağacı oyuncaqlarının
şəhəri” ilə heyrətləndirəcək. Burada XX əsrin əvvəllərinin pambıq
oyuncaqlarının estetikasından ilhamlanaraq hazırlanmış qeyri-adi
yarmarka təşkil ediləcək. Yarmarkada təkcə Yeni ilin əsas
qəhrəmanları – Şaxta Baba və Qar qızı deyil, həm də onlarla digər
vintaj nağıl personajlarını görə bilcəksiniz. Hər kəs sanki köhnə
Yeni il sandığından yenicə çıxarılmış dekorasiyalarla şəkillər
çəkdirə, nağıl süjetli qısa tamaşalarda iştirak edə, sovet dövründə
keçirilən Yeni il bayramlarının ənənəvi yeməklərini dada
biləcək.
Tver meydanında qonaqları Moskvaya həsr olunmuş dekorasiyalar
gözləyir. Burada yerli sənətkarlar tərəfindən düzəldilmiş səkkiz
metrlik Yeni il ağacı ucalır. Ağac əl ilə çəkilmiş naxışları olan
90 və 70 sm ölçüsündə kürələr, həmçinin 70 sm uzunluğunda nəhəng
qızılı sırsıralarla bəzədilib. Böyük Teatrın, Xalq təsərrüfatı
nailiyyətləri sərgisinin pavilyonlarının və Kreml qüllələrinin
siluetləri isə sadəcə bayram instalyasiyaları kimi görünmür,
şəhərin canlı tarixini əks etdirir. Zərif qızılı işıqlanması olan
bu miniatür memarlıq simvolları əsl Yeni il sehrinin atmosferini
yaradacaq və Moskvaya təkcə turist kimi ilə baxmağa deyil, həm də
özünüzü böyük və bayram əhvali-ruhiyyəli meqapolisin bir hissəsi
kimi hiss etməyə imkan verəcək.
Bayram günlərində paytaxtın əsas görməli yerlərindən biri olacaq
Manej meydanında hündürlüyü 22 metr olan təbii küknar ağacı
(hündürlüyünə görə yalnız Kreml küknarından geri qalır)
quraşdırılıb. Bu il ağac qədim rus oyuncaqlarının üslubunda
bəzədilib. Bunun üçün on mindən çox oyuncaqdan və beş kilometr
uzunluğunda işıqlardan istifadə olunub. Sənətkarlar Moskva
rəssamlarının eksklüziv eskizləri əsasında yüzlərlə rəngli kürələr
hazırlayıblar. Kürələrin üzərində Milad süjetləri, nağıl
personajları və bayram şənliklərinin səhnələri canlanır.
Kompozisiyanı ipək bayraqlar, qızılı və gümüşü sırsıralar,
pambıqdan hazırlanmış insan fiqurları, gözəl kostyumlu qırmızıyanaq
gəlinciklər tamamlayır. Bütün bunlar küknarı sehrli bayramın əsl
canlı illüstrasiyasına çevirir.
Festivalın gənc ziyarətçiləri metal bəzəklərin döyülməsindən
şüşə stəkanların naxışlarla bəzədilməsi, şamların və sovet Yeni il
ağacı oyuncaqlarının hazırlanmasına qədər çoxsaylı master-klaslarda
iştirak edə biləcəklər. Kiçik qonaqlar üçün Yeni il kulinariya
studiyaları fəaliyyət göstərəcək. Məşhur Rusiya nağıllarının
motivləri əsasında səhnələşdirilmiş çoxsaylı teatr tamaşaları
qonaqları heyrətləndirəcək. Aktiv istirahət həvəskarlarını idman
meydançaları, körlinq məktəbi və “Qu gölü”, “Ağbəniz”, “12 ay” və
digər qış nağılları əsasında 170-dən çox bayram buz şousu gözləyir.
“Arzulanan hədiyyənin arxasınca səyahət” kvesti isə qonaqları
Rusiyanın müxtəlif bölgələrinin ənənələri ilə tanış edəcək. Kvestin
iştirakçıları səyahətçi pasportunda möhürlər toplayacaq və onları
hədiyyələrə dəyişə biləcəklər.
Buradan heç kim xoş təəssüratsız, suvenirsiz və yeni qastronomik
təcrübə yaşamadan getməyəcək. Festival Moskvanın bayram məkanlarını
birləşdirəcək: Tver bulvarında və Mərkəzi Moskva Univermağının
yaxınlığında özəl Yeni il ağacı sərgiləri, həmçinin keramik
məmulatlar, müəllif suvenirlər, ətirli çaylar və rus mətbəxinin
yeməklərini tapa biləcəyiniz yarmarkalar. Festivalın qastronomik
müxtəlifliyi ənənəvi rus yeməkləri və təzə hazırlanmış un
məmulatları ilə yanaşı, müəllif delikatesləri, ətirli içkiləri və
xüsusi qril menyusu ilə heyranlıq doğuracaq. “Xeyirxah Yeni il
ağacı” adlı xeyriyyə aksiyası dəstəyə xüsusilə ehtiyacı olanların
Yeni il arzularını gerçəkləşdirməyə kömək edəcək. Bunun üçün bayram
Yeni il ağaclarından birində istəyi seçmək və QR-kodu skan etmək
kifayətdir.
“Milad bayramına səyahət” festivalı paytaxtın hər yaşdan olan
sakinləri və qonaqları üçün ənənələri, müasir mədəniyyəti və Yeni
il möcüzəsinin atmosferini özündə birləşdirən “Moskvada qış”
layihəsinin əsas hadisəsi olacaq. Ecazkar festival, ailəvi səfərlər
və ya tək səyahət üçün əla istiqamət olacaq və Azərbaycandan gələn
bütün qonaqlara unudulmaz təəssüratlar bəxş edəcək.

