
Bakı. Trend:
İtaliyanın “İnter” klubunun heyətində ciddi itkilər baş
verib.
Trend xəbər verir ki, Milan
təmsilçisinin müdafiəçisi Françesko Açerbi və yarımmüdafiəçisi
Hakan Çalhanoğlu sıradan çıxıb.
Hər iki futbolçu UEFA çempionlar Liqası Liqa mərhələsinin 6-cı
turunun “Liverpul”la oyununda zədələnib.
Açerbinin zədəsi ciddidir. İtaliyalı mərkəz müdafiəçisi təxminən
1 ay yaşıl meydanlardan uzaq qalacaq. Hakan isə həftəsonu A
Seriyasında “Cenoa” ilə matçda iştirak etməyəcək. Türkiyəli
yarımmüdafiəçi dekabrın 14-də İtaliya Superkubokunun “Bolonya”
görüşündə komandaya kömək edə biləcək.

