Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz iz qoyub – XİN

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesablarında
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım
edilib.

Trend xəbər verir ki,
paylaşımda qeyd olunub:

“Bu gün Azərbaycan xalqının qəlbində dərin iz qoymuş, Azərbaycan
Respublikasının dövlətçiliyinin inkişafında müstəsna rol oynamış,
milli maraqlarımızın qorunmasında misilsiz xidmətləri olan Ulu
Öndər Heydər Əliyevin vəfatından 22 il ötür. Onun müdrik siyasəti,
uzaqgörənliyi və xalqına sonsuz bağlılığı Azərbaycanın inkişaf
tarixində silinməz iz qoymuşdur. Ulu Öndərin əziz xatirəsini dərin
hörmət və böyük ehtiramla yad edirik. Allah rəhmət eləsin!”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir