
Bakı. Trend:
“Neftçi” klubunun sabiq müdafiəçisi Azər Əliyev yayda paytaxt
klubundan ayrıldıqdan sonra yeni komandaya keçib.
Trend xəbər verir ki, 31
yaşlı futbolçu Rusiya klubu “Yenisey”ə transfer olunub və orada
cari mövsümün sonuna qədər müqavilə imzalayıb.
Xatırladaq ki, Əliyev 2022-ci ilin yanvarından “Neftçi”də çıxış
edirdi, ondan əvvəl isə Rusiya klubları “Yenisey”, “Krılya
Sovetov”, “Ufa” və “Tambov”da oynayıb.

