“Qarabağ” sığınacaqdakı azyaşlı ilə görüşəcək

Baş səhifə

“Qarabağ” FK Qadın və Uşaq Sığınacağında “Qarabağ” – “Ayaks”(2:4 ) matçını tək izləyən azyaşlı ilə görüşəcək.

Modern.az xəbər verir ki, bu barədə sığınacaq məlumat yayıb.

“O qədər sevinirik ki… Əkbər balamız “Qarabağ” FK ilə görüşəcək”, – paylaşımda deyilir.

Qeyd edilib ki, klubdan zəng edərək, azyaşlı ilə tezliklə görüşəcəklərini bildiriblər.

Bundan başqa, izləyicilər balaca Əkbərə sevimli klubunun formasını hədiyyə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir