Ötən gecə Rusiya səmasında 90 PUA məhv edilib

Baş səhifə

Ötən sutka ərzində Rusiya səmasında Ukrayna Silahlı Qüvvələrinə məxsus 90 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib, onlardan 63-ü Bryansk vilayəti üzərində zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Yerdə qalan PUA-lardan 8-i Yaroslavl vilayətinin, 4-ü Moskva regionunun, hərəsi 3 olmaqla Smolensk və Tver vilayətlərinin ərazisi üzərində, eləcə də Qara dənizin akvatoriyasında, hərəsi 2 olmaqla Tambov və Tula vilayətlərinin, 1-i isə Oryol və Rostov vilayətlərinin ərazisi üzərində vurulub”, – məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir