Avropada təbii qazın qiyməti 2%-dən çox artıb

Baş səhifə

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 325 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 11 dekabr tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə yanvar fyuçerslərinin qiyməti 327 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (320,2 dollar) ilə müqayisədə 2,1% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir