
Bakı. Trend:
Azərbaycan Asiya İnkişaf Bankının (AİB) “Early-Stage Innovation
Platform” adlı təşəbbüsünə (regional texniki yardım layihəsinə)
qoşulan 40-dan çox ölkənin sıralarına daxil olub.
Trend bu barədə
AİB-ə istinadən məlumat verir.
Təşəbbüs iştirakçı ölkələrin geniş dairəsini bir araya gətirir.
Onlar arasında Azərbaycan, Ermənistan, Banqladeş, Butan,
Bruney-Darülsəlam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya
Federativ Ştatları, Gürcüstan, Honkonq (Çin), Hindistan,
İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Koreya Respublikası,
Laos, Malayziya, Maldiv adaları, Monqolustan, Nauru, Nepal, Niue,
Pakistan, Palau, Filippin, Papua–Yeni Qvineya, Çin, Marşall
adaları, Samoa, Sinqapur, Solomon adaları, Şri-Lanka, Tacikistan,
Taypey (Çin), Tayland, Timor-Leşte, Türkmənistan, Tonqa, Türkiyə,
Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam yer alır.
Təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondundan ayrılmış 1
milyon dollar vəsaiti hesabına maliyyələşdirilir.
Layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin digər
təfərrüatları hələ açıqlanmır.

