Rusiyanın Tver şəhərinə dron hücumu nəticəsində 7 nəfər yaralanıb

Baş səhifə

Rusiyanın Tver şəhərində pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi nəticəsində 7 nəfər xəsarət alıb.

APA “İzvestiya”ya istinadən xəbər verir ki, bunu bölgə qubernatorunun səlahiyyətlərini icra edən Vitali Korolyov bildirib.

Xəsarət alanlardan biri uşaqdır, yaralılara xəstəxanada tibbi yardım göstərilir. Binanın sakinləri təxliyə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir