KİV: Özünü buraxan qondarma “DQR”in İrəvandakı “nümayəndəliyi” bağlana bilər

Baş səhifə

Özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi” ilin sonuna kimi bağlana və ya dünən aparılan axtarışlardan sonra müsadirə oluna bilər.

APA xəbər verir ki, bu barədə “Jovoxurd” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, separatçıların özləri də nümayəndəliyin bağlanmasını, həmçinin, mümkün həbsləri istisna etmirlər.

Onlar əmindirlər ki, güc strukturlarının əsas hədəfi Qarabağ separatçılarının sonuncu başçısı olmuş Samvel Şahramanyandır.

Qeyd edək ki, ötən gün Ermənistan İstintaq Komitəsi özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”ndə axtarış aparıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir