
Bakı. Trend:
Unibank biznesinə əlavə sərmayə qoymaq, yeni ilə daha güclü
başlamaq istəyən sahibkarlar üçün “Payız endirimi” kampaniyasının
müddətini uzadıb. Ölkədə mikro sahibkarlığın inkişafına dəstək üçün
keçirilən kampaniya ilin sonunadək davam edəcək. Sahibkarlar 50 000
AZN-dək mikro
kreditlər üzrə təqdim edilən dörd fərqli güzəşt paketindən
birini seçərək, bizneslərini daha sərfəli maliyyələşdirmə şansı
əldə edirlər.
Kampaniya çərçivəsində mövcud endirim
paketləri:
• Paket 1: Cari illik faiz dərəcəsinə 4%-dək
endirim
• Paket 2: Fəaliyyət sahəsindən asılı olaraq 12
ayadək güzəşt müddəti
• Paket 3: 0% komissiya
• Paket 4: Zaminsiz kredit
Bu paketlər mikro sahibkarların mövcud istəklərini həyata
keçirmək, ilin son tələbatını qarşılamaq və yeni il planlarını
reallaşdırmaq üçündür. Kredit şərtləri mövsümi ehtiyacları nəzərə
alaraq mikro bizneslərin fəaliyyətini dəstəkləyir.
2026-cı ildə biznesini daha da böyütmək istəyən mikro
sahibkarlar bu fürsətdən faydalanaraq ilin sonunu strateji hazırlıq
mərhələsinə çevirə bilərlər.
Kampaniyadan yararlanmaq istəyən sahibkarlar Unibankın filiallarına müraciət
edə bilərlər: “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”,
“Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”,
“Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”,
“Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan”,
“Beyləqan” və “Lənkəran”.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117
nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial
media hesablarından (www.facebook.com/unibank.az,
https://www.instagram.com/unibank.az/)
əldə etmək olar.
Unibank – Sənin Bankın!

