AMEA mühafizəyə 500 min manat xərcləyəcək

Baş səhifə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mühafizə xidmətlərinin satın alınması üçün tender elan edib.

Modern.az xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 493 min manat təşkil edir.

Tenderin şərtlərində qeyd edilir ki, xidmət rəisi bir nəfər, növbə rəisi akademiya şəhərciyi üzrə iki nəfər, AMEA Mərkəzi Elmi Kitabxana üzrə bir nəfər, AMEA Yataqxana üzrə bir nəfərdir. Mühafizəçi heyətində isə akademiya şəhərciyi üzrə 29 nəfər və AMEA Mərkəzi Elmi Kitabxana üzrə 17 nəfər fəaliyyət göstərəcək.

Tenderə yanvarın 7-də yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir