Avropa İttifaqı Rusiyanın “kölgə donanmasına” qarşı mübarizəni gücləndirməyə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyanın “kölgə donanması”na qarşı
mübarizə aparmaq üçün dəniz hüququnun daha sərt şəkildə tətbiqinə
başlamağı planlaşdırır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Müzakirə mərhələsində olan Aİ ölkələri arasında razılaşdırılan
bəyannamə layihəsinə əsasən, Aİ Moskvanın kölgə donanmasına zərbə
vurmağa və mövcud beynəlxalq dəniz hüququnu daha sərt tətbiq
etməklə onun hərbi gəlirlərini azaltmağa hazırlaşır”, – deyə
“Euractiv” nəşrinin öz mənbələrinə istinadən verdiyi məlumatda qeyd
olunur.

Qeyd olunur ki, hazırda BMT-nin Dəniz Hüququ Haqqında
Konvensiyasının Aİ ölkələrinin hakimiyyət orqanlarına sualtı
kabellərə və boru kəmərlərinə təhlükə yaratmaqda “şübhəli bilinən”
gəmiləri yoxlamaq üçün daha geniş səlahiyyətlər verən şərhi
hazırlanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir