Ermənistan Prezidenti: Hədəfimiz Cənubi Qafqazda sülhün möhkəmləndirilməsidir

Baş səhifə

Ermənistan hökuməti Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə hədəflənib.

APA xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Aşqabadda “Beynəlxalq Sülh və Etimad İli-2025” forumunda çıxışında deyib.

Bu il 8 avqustda Vaşinqtonda İrəvan və Bakı arasında sülh müqaviləsinin paraflanmasını və “Tramp marşrutu” layihəsini xatırladan Xaçatryan xarici həmkarlarını regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi prosesini dəstəkləməyə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir