İsrail Livanda Hizbullahı bombaladı

Baş səhifə

İsrail təyyarələri yenidən Livana zərbələr endirib. Hücum dalğası Hizbullahın kompakt şəkildə cəmləşdiyi Biqa vadisini hədəf alıb.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, İsrail təyyarələri ən azı altı müxtəlif hədəfə zərbələr endirib.

Hücumla bağlı görüntülər sosial mediada paylaşılandan sonra İsrail ordusu açıqlama yayıb. Bildirilib ki, Hizbullahın Radvan Qüvvələrinin terrorçularına təlim keçmək üçün istifadə etdiyi təlim obyektinə zərbələr endirilib: “Ordu öz kəşfiyyat məlumatlarını rəhbər tutaraq, Cənubi Livanın müxtəlif bölgələrində Hizbullahın hərbi infrastrukturuna əlavə zərbələr endirib”.

Müdafiə Nazirliyi bəyan edib ki, İsrail dövlətinə qarşı gözlənilən təhlükəni aradan qaldırmaq üçün əməliyyatlar davam etdiriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir