Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilik
ənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızın
ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü
qeyd olunur. Bununla əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri
Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla
yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.




Bildirilib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə
Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər
çiçəklər düzülüb.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti
sayəsində ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibbi
infrastrukturun yenilənməsi, həmçinin yüksək ixtisaslı tibb
kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atılıb.
Azərbaycan səhiyyəsinin müasir mərhələdə əldə etdiyi nailiyyətlər
məhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin davamı olaraq
həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir