Azərbaycanın bugünkü mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır – Məzahir Pənahov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın bu gün mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə
bağlıdır.

Trend xəbər
verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı
ziyarəti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə, bu, Azərbaycanın tarixində, məncə, ən əhəmiyyətli
günlərdən biridir. Azərbaycan xalqının böyük oğlu, mübaliğəsiz deyə
bilərik ki, yüz illərdə bir, bəlkə də min ildə bir doğulan bir xalq
nümayəndəsinin anım günüdür. İnsanların bu günə hər il daha da
artan sayda toplaşması da təbiidir. Zaman keçdikcə belə insanların
gördüyü işləri biz daha dərindən anlayırıq. Şəxsən mənim üçün
Azərbaycanın bu gün mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə
bağlıdır. Sovetlər Birliyinin dağılma dövründə ölkəmiz üçün yazılan
mənfi ssenariləri pozmaq yalnız böyük bir gücə malik şəxsiyyətin
işi ola bilərdi. Heydər Əliyev faktoru bu baxımdan çox önəmlidir.
Müstəqilliyimizi qoruyub saxlamaq, dövlətçiliyi qurmaq və gələcəyə
aparmaq onun adı ilə bağlıdır”.




MSK sədri qeyd edib ki, bu prinsiplər əsasında qurulan dövlət
daha sonra İlham Əliyev və Mehriban xanımın rəhbərliyi ilə sürətlə
inkişaf etdi. Onlar da eyni xətti qoruyub saxladılar və
Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər.

“Bu gün Azərbaycan dünya miqyasında söz sahibi bir ölkəyə
çevrilib və bu da təsadüfi deyil. Biz daim diqqətli olmalı,
arxayınlaşmamalı və öz sahəmizdə bu prinsiplər üzərində
çalışmalıyıq. Mən əminəm ki, Ulu Öndərin ruhu da şaddır, çünki onun
arzu etdiyi dövlət bu gün mövcuddur. İlham Əliyevə olan etimadının
nə qədər əsaslı olduğunu bu gün biz görürük. Gənclərimizə də
tövsiyəm odur ki, bu tarixi düzgün qiymətləndirsinlər və bu siyasi
xətt ətrafında birləşsinlər”,-deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir