
Bakı.Trend:
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı
əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5
faiz artaraq 2025-ci il noyabr ayının 1-nə milli valyuta
ekvivalentində 15907,1 milyon manat təşkil edib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əmanətlərin 68,8 faizi milli, 31,2 faizi xarici
valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği
əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz, xarici valyutada
olan əmanətlərin məbləği isə 3,7 faiz artıb.

