İkardi gedir, yerinə bu ulduz gəlir –

Baş səhifə

Türkiyənin “Qalatasaray” klubu qış transfer dövründə heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Yerli medianın yazdığına görə, İstanbul klubu dünya şöhrətli bir qolçuyla anlaşmağa çalışır.

Metbuat.az xəbər verir ki, Türkiyə KİV-ləri sarı-qırmızılı formanı geyinməyə namizəd olan ulduz futbolçunun kimliyini açıqlayıb. Söhbətin “Milan”ın 26 yaşlı hücumçusu Santyaqo Ximenesdən getdiyi məlum olub. Türkiyə təmsilçisinin 1.83 boyundakı meksikalı hücumçu üçün 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Sarı-qırmızılıların Santyaqo Ximeneslə anlaşacağı təqdirdə argentinalı ulduz Mauro İkardini yola salacağı iddia olunur.

Xarici mətbuat yazır ki, “Qalatasaray”la yanaşı, başda Almaniyanın “Ayntraxt” klubu olmaqla Avropanın bir neçə məşhur komandası da Ximenesin xidmətində maraqlıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir