
Bakı. Trend:
Dekabrın 12-də Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual
Şura və AZƏRTAC-ın rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər
Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gediblər.
MEDİA-dan Trend-ə verilən məlumata görə, onlar Ulu Öndər Heydər
Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə
gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi
ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

