
Bakı. Trend:
Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri
və din xadimləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin
məzarını ziyarət ediblər.
Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat
verilib.
Bildirilib ki, din xadimləri Ulu Öndərin Anım günündə ruhuna
dualar oxuyub, məzarı önünə güllər düzüblər. Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad
edilib, məzarı önünə güllər düzülüb.

