
Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 2815 kiloqram
qızıl hasil olunub.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə
qızıl hasilatı 248 kiloqram və ya 9,7 faiz artıb. Ötən ilin on bir
ayı ərzində Azərbaycanda 2567 kiloqram qızıl çıxarılmışdı.
Cari ilin dekab ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır
qızıl ehtiyatlarının həcmi 155 kiloeqram təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında ölkədə 3506 kiloqram gümüş
hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 441
kiloqram və ya 14,4 faiz çoxdur.
Cari ilin dekabrın 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüş
ehtiyatlarının həcmi 885,3 kiloqram təşkil edir.
Qeyd etmək lazımdır ki, hesabat dövründə mədənçıxarma
sənayesində ümumi istehsal həcmi 34,8 milyard manat təşkil edib ki,
bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azdır.

