
Bakı. Trend:
NASA Mars orbitində fəaliyyət göstərən MAVEN (Mars Atmosferi və
Uçucu Təkamül) kosmik gəmisi ilə əlaqəni itirib.
Trend xəbər
verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, kosmik aparat ötən həftəsonu qəfil şəkildə
yerüstü stansiyalarla əlaqəni dayandırıb. Problem Marsın Günəşlə
Yer arasında gizləndiyi bir mərhələdən sonra peyk yenidən görünəndə
baş verib və ondan heç bir siqnal alınmayıb.
NASA hazırda problemi araşdırır və texniki komandalar
mühəndislik tədqiqatlarına başlayıblar.
Qeyd edək ki, hazırda Mars orbitində NASA-nın digər iki kosmik
gəmisi – Mars Reconnaissance Orbiter (2005) və Mars Odyssey (2001)
hələ də aktivdir.

