Aİ benzin və dizel avtomobillərə qoyulan qadağanı yumşaldır

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) 2035-ci ildən yeni benzin və dizel
mühərrikli avtomobillərin satışına qoyduğu qadağa
yumşaldılacaq.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü
Manfred Weber bəyan edib.

Onun sözlərinə görə, sözügedən qadağanın növbəti həftələrdə
yumşaldılması gözlənilir.




O bildirib ki, yanacaqla işləyən mühərriklərə qoyulan
texnologiya qadağası müzakirə mövzusu deyil. Bu səbəbdən Almaniyada
istehsal olunan bütün mühərriklər istehsal olunmağa və satılmağa
davam edə bilər.

Qeyd edək ki, iki il əvvəl qəbul edilən razılaşmaya əsasən,
2035-ci ildən bazara çıxarılan avtomobillərin hamısı sıfır karbon
emissiyası ilə işləməli idi. Bu isə həm hibrid avtomobillərin, həm
də qazıntı yanacağı ilə işləyən nəqliyyat vasitələrinin satışının
dayandırılması demək idi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir