
Bakı. Trend:
“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bir bölməsi)
2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin
qiyməti əvvəlki tarixi maksimumu yenilədikdən sonra 5%-dən çox
azalma göstərib.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından
bildiriblər.
Məlumata əsasən, qiymətli metalın qiyməti 5,54 faiz azalaraq
troya unsiyası üçün 61,015 dollara düşüb. Bakı vaxtı ilə saat
21:04-də gümüşün qiyməti unsiyası üçün 61,58 dollara (-4,66%)
düşüb.
Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevral ayında
çatdırılma üçün qızılın fyuçersləri 4312,6 dollar (-0,01%)
səviyyəsində olub.

