
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın suveren aktivlərini
birdəfəlik dondurmaq qərarına gəlib.
Trend-in
məlumatına görə, bu barədə Aİ Şurasının Danimarka sədrliyi
bəyanatda bildirib.
“Avropa İttifaqı Şurası Rusiya aktivlərinin daimi dondurulmasını
təsdiqləyib”, – deyə bəyanatda bildirilib.
Avropa Komissiyasının planına görə, bu addım Rusiya aktivlərinin
sonrakı müsadirəsinin ilk mərhələsidir.

