“Qalatasaray”lılara pis xəbər

Baş səhifə

“Qalatasay”ın zədəli futbolçularla başı dərddədir. Zədə üzündən 4 aparıcı oyunçusunun xidmətindən məhrum olan sarı-qırmızılı klub daha bir itki ilə üzləşib.

Metbuat.az xəbər verir ki, liqin 16-cı həftəsində zədələnərək oyunu yarımçıq tərk edən Uğurcan Çakırın durumu məlum olub. Həkimlər ulduz futbolçuya sabah baş tutacaq “Galatasaray” – “Antalyaspor” matçında forma geyinməyə icazə verməyiblər. Çakırın yaşıl sahələrə nə vaxt dönəcəyi bəlli deyil.

Sabah sarı-qırmızılıların qapısını Günay Gunençin qoruyacağı bildirilir. “Monako” matçında meydana girəndən 6 saniyə sonra qapısından qol buraxan Günayın əsas heyətdə meydana çıxması tərəfdarları məyus edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir