Avropa çempionatı: Azərbaycanın daha 4 boksçusu 1/4 finala yüksəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın daha 4 boksçusu Almaniyanın Keinbaum şəhərində
yeniyetmə arasında U-17 Avropa çempionatında 1/4 finala
yüksəlib.

Trend-in
məlumatına görə, Şahin Aslanov (60 kiloqram) Demid Kloçkonu
(İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub
edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə
(Bolqarıstan) qarşı keçirəcək.

Adil Zalov (70 kiloqram) da Avropa çempionatında qələbə ilə
başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü
olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın
13-də Oskar Mujakovski (Polşa) ilə üz-üzə gələcək.




Gülər Hüseynova (48 kiloqram) Oleksandra Mişçenkoya (Ukrayna)
heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü
yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə
sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə
döyüşəcək.

Fidan Bakarova (63 kiloqram) isə Antonina Binieçkanı (Polşa)
mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28,
27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova
Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun
vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir