
Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyi Braziliyanın Federal Ali Məhkəməsinin
hakimi Aleksandr de Moraisə qarşı əvvəllər tətbiq etdiyi
sanksiyaları ləğv edib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin tərkibində olan
Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunmuş
bildirişdə bildirilib.
Sənəddə bu qərarın səbəbi göstərilməyib. Amerika məhdudiyyətləri
di Moraisin həyat yoldaşına da şamil edilməyəcək.

