Xırdalanda baş vermiş yanğın nəticəsində iki nəfər xəsarət alıb

Baş səhifə

Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, yanğın “Kristal Abşeron-2” yaşayış kompleksində, hündürmərtəbəli binanın 10-cu mərtəbəsində olub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir