
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda külək elektrik
stansiyalarında (KES) 100 milyon kVt-saat elektrik enerjisi
istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyon
kVt-saat və ya 2 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik
stansiyalarında 572,5 milyon kVt-saat elektrik enerjisi istehsal
edilib ki, bu da ötən ili ilk 11 ayındakı göstərici ilə müqayisədə
52,3 milyon kVt-saat və yaxud 10,1% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin
yanvar-noyabr aylarında 3,096 milyard manat dəyərində məhsul
istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda
istehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkil
edib.

