
Bakı. Trend:
Cari İran ilinin 8 ayı (21 mart -21 noyabr 2025) ərzində Ərdəbil
vilayətinin Azərbaycanla gömrük-sərhəd məntəqəsi vasitəsi ilə 270
milyon dollarlıq məhsul ixrac edib.
Bunu Trend-ə müsahibəsində İranın Ərdəbil
vilayətinin valisi Məsud İmami Yeganə deyib.
Vali bildirib ki, Ərdəbil vilayəti Azərbaycan tərəfi ilə
əməkdaşlığı genişləndirərək məhsul ixracını artırmaq
niyyətindədir.
Onun sözlərinə görə, Azərbaycanda baş tutan görüşlərdə
qarşılıqlı səfərlərdən sonra davamlı şəkildə hər iki tərəfin
mütəxəssisləri arasında əlaqələrin inkişafının diqqət mərkəzində
saxlanılması önəm kəsb edir.

