SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını dəyərləndirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Qırğız Respublikası arasında enerji, sənaye,
nəqliyyat və digər prioritet sahələr üzrə əməkdaşlıq imkanları
nəzərdən keçirilib.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinnə (SOCAR)
istinadən xəbər verir.

Belə ki, Azərbaycan Respublikası ilə Qırğız Respublikası
arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Anar Məmmədov ilə
Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt
Torobayev arasında görüş keçirilib.




Görüşdə “SOCAR Downstream” şirkətinin nümayəndələri, Qırğız
Respublikasının hökumət və dövlət qurumlarının üzvləri, eləcə də
biznes strukturlarının təmsilçiləri iştirak ediblər.

Müzakirələr zamanı enerji, sənaye, nəqliyyat və digər prioritet
sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı
maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir