İrlandiyalı keçmiş UFC çempionu evləndi

Baş səhifə

Bakı. Trend:

İrlandiyalı keçmiş UFC (Mütləq Döyüş Çempionatı) çempionu – 37
yaşlı qarışıq əlbəyaxa döyüş sənətləri ustası Konor Makqreqor 38
yaşlı sevgilisi Di Devlinlə rəsmi nikah qurub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, o, Di Devlinlə 17 il münasibətdə olub. Nikah
mərasimi dekabrın 12-də Vatikanın ən qədim kilsələrindən birində
keçirilib və izdivaca az sayda insan çağırılıb.

Qeyd edək ki, Konorla Dinin birgə vətəndaş nikahından dörd
övladları – 3 oğulları və 1 qızları var. Cütlük 2020-ci ildə
nişanlanmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir