Azərbaycanda mənzil tikintisinə investisiyalar 19%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan tikinti sektoruna 3,921 milyard manat
sərf olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə 2,7% azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 23,5%-ə bərabər olub.




Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın
2,623 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da
2024-cü ilin ilk 11 ayındakı göstəriciyə nəzərən 18,8% artım
deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş
investisiyaların yekunda xüsusi çəkisi 15,7%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 16,659 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 8,3 faiz artıb.

Ümumi sərmayənin 8,421 milyard manatı və ya 50,6 faizi məhsul
istehsalı sahələrinin, 5,614 milyard manatı (33,7 faizi) xidmət
sahələrinin, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayış
evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,1 faizi
dövlət, 48,9 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən
qoyulub. Sərmayə qoyuluşunun 76,2 faizi tikinti-quraşdırma işlərinə
sərf edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir