Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun
Babək prospektində bir nəfərə məxsus 4680 manat dəyərində inşaat
materialları oğurlanıb.




Bildirilir ki, hadisə ilə bağlı zərərçəkən polisə məlumat verib.
Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli
bilinən Bakı şəhər sakinləri E.Vəliyev və E.Qasımov müəyyən
edilərək saxlanılıblar.

Rayon ərazisində yerləşən avtomobil təmiri sexindən isə 1000
manatlıq avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən,
həmin sexdə çalışan əvvəllər məhkum olunmuş P.Allahverdiyev də
saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir