Dənizkənarı Milli Parkda oğurluq edən şəxslər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, vətəndaşlardan birinin Dənizkənarı Milli Park
ərazisindəki oturacağın üzərinə qoyduğu çantasından 190 manat pul,
bank kartları və şəxsi sənədləri, digərinin isə ödəmə terminalında
unutduğu bank kartı ələ keçirilərək hesabında olan maddi vəsait
talanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə U.Əmiraslanova
və R.Hüseynli qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək
saxlanılıblar.

Rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı isə
zərərçəkənin ticarət mərkəzlərindən birinin qarşısına park etdiyi
velosipedini, digər vətəndaşın isə qapısı açıq qalmış
avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən
B.Abdullayev və F.Süleymanov da müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir