Nizamidə quldurluq edib Tərtərdə gizlənən şəxs ələ keçdi

Baş səhifə

Bakı.Trend:

Dekabrın 7-də səhər saatlarında paytaxtın Nizami rayonu
ərazisində quldurluq hadisəsi qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki,bir qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs
yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O, bu yolla qadına
məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50
manatını talayaraq hadisə yerindən qaçıb.




Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının
həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə
şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli
cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis
əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək
saxlanılıb. Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı
qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum
olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir