
Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə dekabrın 13-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola
düşür.
Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat
verilib.
Bildirilib ki, səfərdən məqsəd Krallığın paytaxtı Ər-Riyad
şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Qlobal
Forumunda iştirak etməkdir.
14 dekabrda keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Forumu
“Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və
anlaşmanın yeni erası” mövzusuna həsr olunub.
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel
Moratinosun dəvəti ilə mötəbər forumda iştirak edən Şeyxülislam
A.Paşazadə məruzə ilə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrinin
bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.

